İraqda hərbi helikopter qəzaya uğradı: Polkovnik öldü, kapitan yaralandı
19 Dekabr 2023 10:18 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İraqın Salah-əd-Din əyalətində Hilva hava limanından qalxan hərbi helikopter qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə əyalət şuralarına seçkilərdə təhlükəsizliyin təmin olunması üzrə missiyanın icrası zamanı baş verib. Hadisəyə iki helikopterdən birində baş verən texniki nasazlıq səbəb olub.
Qəza nəticəsində aviasiya polkovniki Marvan Calal həlak olub. Pilot kapitan Alaa Salman isə yaralanıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31