ABŞ ilin son yardımını Ukraynaya elan edəcək
18 Dekabr 2023 22:35 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ dekabrın sonunda Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
"Biz hələ də bu ayın sonunda Ukrayna üçün bir yardım paketi planlaşdırırıq", - Kirbi bildirib.
Onun sözlərinə görə, Konqres əlavə vəsaitin ayrılması ilə bağlı qərar qəbul etməsə, ABŞ-ın Kiyev rejimini dəstəkləmək üçün artıq resursları olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31