Ermənistan bu iki ölkə ilə hərbi saziş imzaladı
18 Dekabr 2023 21:07 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Dekabrın 18-də Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında Ermənistan-Yunanıstan və Ermənistan-Kipr ikitərəfli, eləcə də Ermənistan-Yunanıstan-Kipr üçtərəfli hərbi məsləhətləşmələri keçirilib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Məsləhətləşmələr nəticəsində tərəflər 2024-cü il üçün Ermənistan-Yunanıstan, Ermənistan-Kipr və Ermənistan-Yunanıstan-Kipr hərbi əməkdaşlıq proqramlarını imzalayıblar ki, bu proqramlar qarşılıqlı maraq doğuran sahələrdə onlarla tədbiri əhatə edir", - məlumatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31