Ərdoğan Orbana "Togg" hədiyyə etdi, əvəzində... - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat verib.

Ərdoğan iki ölkə arasında əlaqələrin 100-cü ildönümü münasibətilə Orbana "Togg" elektrik avtomobili hədiyyə edib. Orban isə Ərdoğana macar atı hədiyyə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Macarıstanda rəsmi səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31