Ukrayna Belqorod vilayətini sutka ərzində təxminən 76 dəfə atəşə tutub - ÖZƏL
18 Dekabr 2023 13:17 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Ukrayna silahlı qüvvələri son 24 saat ərzində Rusiyanın Belqorod vilayətini 76-dan çox müxtəlif sursatdan atəşə tutub".
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın qubernatoru Vyaçeslav Qladkov bildirib.
"Krasnoyaruzski rayonunda düşmən Terebreno kəndinə 56 minaatan mərmisi atdı. Ölən və yaralananlar olmayıb. Üç evə ziyan dəyib: birinə mərmi dəyib, ikincinin pəncərələri, fasadı və damı zədələnib, üçüncü evin yaxınlığındakı köşk alovlanıb və yanıb. Evdən-evə yoxlama davam edir" - o, deyib.
Terebrenoda da elektrik və qaz xətləri zədələnib. Qaz xidmətləri fəsadların aradan qaldırılmasını başa çatdırıb, elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər davam etdirilir.
"Popovka kəndi və Repyaxovka kəndinin ətrafı da vuruldu, düşmən hər kəndə iki mərmi atdı. Tələfat və dağıntı yoxdur" - Qladkov qeyd edib.
Belqorod vilayətində Ukrayna qüvvələri Krasnıy Xutor kəndinə bir artilleriya, Naumovka kəndinə isə dörd artilleriya mərmisi atıb. Bundan əlavə, Naumovkaya drondan partlayıcı qurğu atılıb.
Volokonovski rayonunda Ukrayna qüvvələri Stariy şəhərinin kənarına on qumbaraatan mərmisi atıb. Qrayvoronski rayonunda kamikadze pilotsuz uçan aparat Novostroyevka-Vtoraya kəndində kommunikasiya infrastrukturu obyektinə hücum edib.