Meksikada hotelə silahlı hücum: xeyli sayda ölən və yaralanan var
18 Dekabr 2023 12:03 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Meksikanın Quanaxuato ştatının Salvatyerra şəhərində hotelə silahlı hücum nəticəsində ən azı 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla gecə saatlarında baş verib. Naməlum şəxslər, həmçinin beş avtomobili yandırıblar.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini və təfərrüatını araşdırır. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31