Cənubi Koreya ordusu Şimali Koreyaya xəbərdarlıq edib - ÖZƏL
18 Dekabr 2023 11:17 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Uzaq mənzilli ballistik raketin buraxılmasından sonra yarana biləcək vəziyyəti çətinləşdirən bütün məsuliyyət Şimali Koreyanın üzərinə düşür".
Olaylar.az xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib.
"Şimali Koreya ordumuzun dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, təhlükəli təxribatlarını davam etdirir. Biz bir daha ciddi şəkildə xəbərdarlıq edirik ki, gələcək inkişafın bütün məsuliyyəti Şimali Koreyanın üzərinə düşür" - bildirilib.
Yüksək səviyyəli müdafiə rəsmisi regionda hərbi gərginliyin artmasına səbəb olan təxribatçı hərəkətləri dərhal dayandırmağa çağırıb. Cənubi Koreya silahlı qüvvələri Şimali Koreyanın ballistik raket buraxılışlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğuna və Koreya yarımadasında sülh və sabitliyə təhlükə yaratdığına diqqət çəkib. Şimali Koreya dekabrın 18-də paytaxt ərazisindən Yapon dənizinə uzaqmənzilli ballistik raket atdığını təkrarlayıb.
Cənubi Koreya mediası ehtimal edir ki, raket buraxılışı ABŞ-Cənubi Koreya Nüvə Məsləhət Qrupunun ikinci görüşünün nəticələrinə cavab ola bilər. Şimali Koreya Müdafiə Nazirliyi bunu tənqid edib. Ölkə dekabrın 17-də qısa mənzilli ballistik raket buraxıb. Həmin gün ABŞ-ın Virciniya sinfinə aid nüvə sualtı gəmisi Missuri Cənubi Koreyanın Busan şəhərinə gəlib.
Bundan əvvəl Cənubi Koreyanın Milli Təhlükəsizlik İdarəsinin direktorunun birinci müavini Kim Tae-hyo bildirib ki, Şimali Koreya dekabrda qitələrarası ballistik raket buraxa bilər.