Ərdoğanın Budapeştə səfəri zamanı Türkiyə və Macarıstan 16 müqavilə imzalayacaq - ÖZƏL
18 Dekabr 2023 11:17 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər edəcək.
Olaylar.az xəbər verir ki, səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair ümumilikdə 16 sazişin imzalanması gözlənilir.
Məlumata görə, bu, ticarət həcmini ildə 6 milyard dollara, gələcəkdə isə 10 milyard dollara çatdırmağa imkan verəcək.
Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünə təsadüf edir. Səfər zamanı Ərdoğanın prezident Katalin Novak və baş nazir Viktor Orbanla görüşü gözlənilir. Strateji Tərəfdaşlıq üzrə ikitərəfli yüksək səviyyəli şuranın iclası planlaşdırılır.
Tərəflərin həmçinin Türkiyənin Aİ-yə inteqrasiyası və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.