Tokio ICBM-nin buraxılmasına görə Pxenyana etiraz etdi - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Pxenyanın raket buraxılışından sonra Yaponiya Şimali Koreyaya rəsmi diplomatik etiraz edib". Olaylar.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib. "Biz Pekində diplomatik kanallar vasitəsilə qəti etirazımızı bildirmişik" - yüksək rütbəli yapon rəsmisi bildirib. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən bazar ertəsi səhər buraxılan qitələrarası ballistik raket 73 dəqiqə ərzində 1000 km uçaraq maksimum 6000 km yüksəkliyə çatıb. 

Mərmi Okuşiri adasından 650 km qərbdə, Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda, Hokkaydo adasından 20 km aralıda düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31