Azərbaycan musiqisinə görə restoran bağlandı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təbrizin Xosrovşah qəsəbəsində fəaliyyət göstərən restoran Azərbaycan musiqisi səsləndirildiyinə və məcburi hicab qaydalarını pozduğuna görə bağlanıb.

Olaylar.az bildirir ki, bu barədə Təbrizin polis rəisi Yədulla Cahanara bildirib.

O, restoranda baş verənləri əxlaq və ictimai normaların pozuntusu kimi qələmə verib, bu səbəbdən iş yerinin fəaliyyətinə qadağa qoyulduğunu söyləyib.

Qeyd edək ki, cari ildə oxşar ittihamlara görə İranda 3 minə yaxın obyektin fəaliyyəti qadağan edilib. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31