ABŞ-ın bazası RAKETLƏ VURULDU
16 Dekabr 2023 22:25 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Suriyanın şimal-şərqində yerləşən ABŞ hərbi bazası raket hücumlarına məruz qalıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi obyektində bir neçə güclü partlayış baş verib. Tələfat və maddi ziyanla bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Suriyanın şimal-şərqində Koniko qaz yatağı yaxınlığındakı ABŞ bazası raket atəşinə tutulub. Hər iki hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti şiə hərəkatı öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31