Moldova cənubdakı neft yataqlarına nəzarəti ələ keçirir
16 Dekabr 2023 21:23 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Moldova hökuməti ölkənin cənubundakı qaz və neft yataqlarını nəzarətə götürəcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı təşəbbüs respublika parlamenti tərəfindən təsdiqlənib.
Qanun layihəsi Kantemir rayonunun Viktorovka kəndindəki qaz yataqlarına və Cahul rayonunun Valen kəndindəki neft mədənlərinə aiddir:
"Parlament ölkənin cənubundakı təbii qaz və xam neft yataqlarının istismarı ilə bağlı aktivlərin hökumətin nəzarətinə keçməsi ilə bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilib", - məlumatda deyilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31