İranda neftayırma zavodu yanır

Bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətinin İsfahan Neftayırma Şirkətinin bir zavodunda yanğın baş verib.

Olaylar.az-ın məlumatına görə, yanğının söndürülməsi üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

İndiyədək yanğın nəticəsində hər hansı itkinin olmadığı bildirilir.

Əlavə edək ki, İranın İsfahan Neftayırma Şirkəti 1979-cu ildə fəaliyyətə başlayıb. Şirkət gündəlik təxminən 375 min barel xam neft emal edə bilər. Hazırda ölkənin yanacağının təxminən 25%-i təmin edir. Bu şirkətdə, əsasən, benzin və dizel istehsal edilir. Avro-5 standartına uyğun gündəlik 12 milyon litr benzin, Avro-5 standartına uyğun gündəlik təxminən 20 milyon litr dizel istehsal olunur. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31