İsrail ordusu səhvən üç israilli girovu öldürüb
16 Dekabr 2023 11:45 Dünyaİsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında üç israilli girovu səhvən təhdid bilərək öldürüb.
Olaylar.az-ın xəbərinə görə, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
"Şecayyada döyüşlərdə İsrail Müdafiə Qüvvələri üç israilli girovu səhvən təhdid bilib. Nəticə olaraq, İsrail ordusu atəş açaraq onları öldürüb", - o deyib.
Haqarinin sözlərinə görə, yalnız döyüşlərdən sonra meyitlər yoxlanılması üçün İsrail ərazisinə aparıldıqdan sonra üç nəfərin israilli girov olduğu müəyyən edilib.
Bunlar oktyabrın 7-də girov götürülən Yotam Haim, Alon Şimriz və Samer Talaka olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31