Macarıstanın Kiyevə yardıma xüsusi etirazı yoxdur - Şolts - ÖZƏL
15 Dekabr 2023 21:16 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Budapeştin Kiyevə əlavə yardıma xüsusi etirazı yoxdur.
Olaylar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Şolts bildirib ki, Aİ Ukraynaya dəstəklə bağlı Rusiyaya çox güclü siqnal göndərib. Onun fikrincə, Rusiya hökumətində heç kimin Avropa İttifaqının Kiyevi lazımi resurslarla təmin edəcək qətnamə qəbul edəcəyi ilə bağlı illüziyaları yoxdur. 26 Aİ ölkəsi artıq razılaşıb və Macarıstanın, Şoltsa görə, heç bir xüsusi etirazı yoxdur.
Dekabrın 15-də Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukraynaya 50 milyard avro həcmində uzunmüddətli büdcə yardımı proqramı ilə bağlı qərarına veto qoyub.
Həmin gün Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Aİ 2024-cü ilin əvvəlində Kiyevə 2027-ci ilə qədər 50 milyard avro məbləğində yardım paketini razılaşdırmaq üçün fövqəladə sammit keçirəcək.
Şolts əmin olduğunu bildirib ki, Aİ yanvarda Ukraynaya yardımla bağlı razılığa gələcək.
Daha əvvəl bildirilmişdi ki, Aİ 2023-cü il üçün proqram çərçivəsində Ukraynaya yardım kimi 1,5 milyard avro ayıracaq.