Rusiya-Ermənistan ticarətinin həcmi 9 ayda 4,4 milyard dollara çatıb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

2023-cü ilin 9 ayı ərzində Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 43,5% artaraq 4,4 milyard dollar təşkil edib.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşıdır və bunu ticarət göstəriciləri də təsdiqləyir. 2023-cü ilin 9 ayı ərzində biz əvvəlki ilin göstəricilərini 43,5% üstələyərək 4,4 mlrd. olub. Eyni zamanda, biz ticarətdə demək olar ki, paritetə çatmışıq və kənd təsərrüfatı məhsullarının tədarükündə yaxşı nəticələr əldə etmişik. Qeyd etmək istərdim ki, Rusiya və Ermənistan təsərrüfat subyektləri arasında əsas hesablaşmalar rus rublu ilə aparılır və hesablaşmalarda rus rublunun payı 90,3%-ə çatıb. Bu, kifayət qədər səmərəli əməkdaşlıq etməyə və ticarət-iqtisadi əlaqələrimizi inkişaf etdirməyə imkan verən çox yaxşı və mühüm göstəricidir. 2023-cü ildə Ermənistan və Rusiya şirkətləri arasında hesablaşmalarda rus rublunun payı 90,3%-ə çatıb" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31