İsrail Qəzza zolağında hərbi əməliyyatların aktiv mərhələsini tamamlamağı planlaşdırır
15 Dekabr 2023 16:11 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İsrail hökuməti ABŞ-ni Qəzza zolağında hərbi əməliyyatların aktiv mərhələsini 2-3 həftəyə tamamlamaq planları barədə xəbərdar edib.
Olaylar.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
İsrail Müdafiə Qüvvələrinin güclü zərbələr endirmək əvəzinə birbaşa olaraq HƏMAS rəhbərlərinə zərbələri davam etdirmək niyyətində olduğu qeyd edilib.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31