Ukrayna dekabrın 18-də Aİ ilə üzvlüklə bağlı gələcək addımlar üçün təmaslara başlayacaq - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ukraynanın Avropa və Avro-Atlantika inteqrasiyası üzrə baş nazirinin müavini Olqa Stefanişina bildirib ki, Kiyev və Brüssel arasında Ukraynanın Avropa İttifaqına daxil olması üçün gələcək tədbirlərlə bağlı təmaslar başlayacaq.
"Qərar verildikdən 15 dəqiqə sonra mənə Avropa Komissiyasından zəng gəldi. Dekabrın 18-də gələcək addımlarımızla bağlı danışıqlar aparacağıq" - o, deyib.
Dekabrın 14-də Avropa İttifaqı Ukrayna və Moldovanın qəbulu, eləcə də Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq qərarına gəlib. Üzvlük danışıqları ölkənin Aİ-yə qəbulu üçün konkret vaxt çərçivələri təyin etmir, onlar qeyri-müəyyən müddətə davam edə bilər. Məsələn, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar hələ 2005-ci ildə başlayıb və perspektivlər hələ də bəlli deyil.
Bu yay Avropa İttifaqı ölkələri Avropa Şurasının sədri Çarlz Mişelin Ukraynanın 2030-cu ildən gec olmayaraq Aİ-yə üzv olacağına dair öhdəlik götürmək təklifini rədd etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31