Ermənistan və Rusiya yeni atom enerji bloklarının tikintisi üzrə danışıqlar aparır - Overçuk

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ermənistan və Rusiya ölkədə yeni atom enerji bloklarının tikintisi üzrə danışıqlar aparır.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk İrəvanda Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında deyib.

Onun sözlərinə görə, atom enerjisindən dinc məqsədlə istifadə ikitərəfli münasibətlərin gündəliyində duran mühüm məsələdir.

Bundan başqa, Overçuk Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılması üzrə görülən işlər üçün Rusiya şirkətini seçdiklərinə görə erməni həmkarlarına minnətdarlıq edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31