İranda polis məntəqəsinə hücum - 12 ölü, 7 yaralı
15 Dekabr 2023 13:52 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İranın Sistan və Bəlucistan vilayətində polis məntəqəsinə hücum edilib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Zahedan şəhərinin prokuroru Mehdi Şamsabadi açıqlayıb.
Hadisə nəticəsində 12 polis əməkdaşı həlak olub, daha 7 nəfər isə yaralanıb.
İnsidentin Rask bölgəsində gecə yarısı baş verdiyi qeyd olunub.
"IRNA" agentliyi isə hücumun "Cayş-e-Zalum" qruplaşması tərəfindən törədildiyini yazıb. Qruplaşma üzvlərinin axtarışları davam etdirilir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31