Çex milyarder fırıldaqçılıq iddialarından sonra aktivlərini BƏƏ-yə köçürüb - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Çexiyanın ən varlı adamlarından biri Radovan Vitek (Forbes onun sərvətini 6,5 milyard dollar qiymətləndirir) maliyyə fırıldaqları ittihamlarından sonra aktivlərini BƏƏ-yə köçürüb.
Dekabrın əvvəlində iş adamı ölkədə iki şirkət - Rising Falcon Holding Limited və Rising Falcon Number 1 Holding Limited-i qeydiyyatdan keçirib. Bir neçə həftə əvvəl investisiya araşdırma şirkəti Muddy Waters, Vitek-in CPI-nin aktivlərinin dəyərini 86 faiz çox göstərdiyini və maliyyə vəziyyətinin yanlış təqdim oluna biləcəyini söylədi. Hazırda agentliyin hesablamalarına görə, şirkətin təqribən 8,5 milyard dollar məbləğində ödənilməmiş kreditləri və istiqrazları var.
İttihamlar həmçinin milyarderin bəzi açıqlanmayan əlaqəli tərəflərlə əməliyyatlardan qazanc əldə etməsindən irəli gəlirdi. O cümlədən, söhbət iki torpaq sahəsinin satılması və daha baha qiymətə geri alınmasından gedirdi. Öz növbəsində CPI bu məlumatı təkzib edərək, Vitek və ya digər tərəflərlə əməliyyatları gizlətmədiyini bildirib. İttihamlardan biri əsassız idi - şirkət hesabatda Muddy Waters tərəfindən yanlış hesablamalara səbəb olan hərf səhvi aşkar edib.
BƏƏ son vaxtlar Kayman və Britaniya Virciniya adalarının populyarlığının azalması fonunda dünyanın hər yerindən zəngin insanları getdikcə daha çox cəlb edir. Əbu-Dabi iş adamları aktivlərin qorunması, məxfilik və vergi üstünlüklərindən, habelə BƏƏ-nin ikiqat vergitutma müqavilələrindən faydalanmaq imkanından yararlanırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31