Yaponiya Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edir - ÖZƏL
15 Dekabr 2023 12:04 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Yaponiya qeyri-sənaye Rusiya almazlarının idxalına qadağa, ixrac məhdudiyyətləri və aktivlərin dondurulmasını ehtiva edən yeni anti-Rusiya sanksiyalar paketi təqdim edib.
Olaylar.az xəbər verir ki, bunu ölkənin İqtisadiyyat və Ticarət Nazirliyi bildirib.
Paketin bir hissəsi olaraq Yaponiya bir sıra sənaye və müdafiə müəssisələri, təyyarə istehsalçıları, gəmi inşaatçıları və tədqiqat institutlarının daxil olduğu 57 şirkətə ixrac məhdudiyyətləri qoyur. Onların tam siyahısı hələlik məlum deyil.
O, həmçinin tapıldığı təqdirdə Yaponiyadakı aktivləri dondurulacaq 35 fiziki şəxs və 43 şirkəti qara siyahıya salıb.
Bundan başqa, yanvarın 1-dən ölkə qeyri-sənaye xarakterli Rusiya almazlarının idxalını qadağan edəcək.
Yaponiya həmçinin Rusiyaya ticarət məhdudiyyətlərindən yan keçməyə kömək etməkdə şübhəli bildiyi BƏƏ-dən, Ermənistandan, Suriyadan və Özbəkistandan iki şirkətə qarşı da sanksiyalar tətbiq edib.