Türkiyədə mədən çökdü - Ölənlər var - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dənizlidə fəaliyyət göstərən xrom mədənindən 1100 metr aralıda çökmə baş verib.

Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlinin Acıpayam rayonunda fəaliyyət göstərən xrom mədəninə 1100 metr aralıda çökmə baş verib.

Dağıntılar altında mədən mühəndisi Kadir Özer və işçilər Rıfat Salman və Mustafa Karahan qalıb.

İşçilərdən Rıfat Salman 4 saat sonra çökmə altından sağ çıxarılarkən, mədən mühəndisi Kadir Özer və mədənçi Mustafa Karahanın cəsədləri çıxarılıb.

Uçqun nəticəsində 3 nəfərin qapalı qaldığını nəzərə alan qruplar axtarış-xilasetmə əməliyyatına başlayıb.

Ötən il də eyni mədəndə çökmə baş verdiyi və bir işçinin həyatını itirdiyi məlum olub. (Milli.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31