Pakistanda polis məntəqəsinə hücum - 3 ölü
15 Dekabr 2023 11:04 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Pakistanın Əfqanıstanla şimal-qərb sərhədi yaxınlığında yerləşən polis məntəqəsinə hücum olub, atışma nəticəsində 3 polis əməkdaşı ölüb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşının məlumatına görə, əvvəlcə silahlılardan biri polis bölməsinin və yaşayış məhəlləsinin girişində özünü partladıb, digərləri isə içəri soxulublar.
Saatlarla davam edən silahlı atışmada hücum edənlərdən 3 nəfər öldürülüb.
Qeyd edək ki, dekabrın 12-də Pakistanın Əfqanıstanla həmsərhəd Dera İsmayıl Xan rayonunda silahlıların hücumu nəticəsində 23 Pakistan əsgəri həlak olub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31