Aİ Ukraynaya yanvarda 50 milyard avro dəyərində büdcə yardımını təsdiqləyəcək - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Şuranın prezidenti Çarlz Mişel bildirib ki, Avropa Şurası növbəti dörd il üçün Ukraynaya 50 milyard dəyərində dörd illik büdcə yardımı proqramını təsdiq edə bilməyib, lakin 2024-cü ilin yanvarında məsələ ilə bağlı konsensusa nail olacağına ümid edir.
"Bu axşamkı görüşümüzü yenicə bitirdik. Gələn ilin əvvəlində bu məsələyə qayıdacağıq və yekdillik əldə etməyə çalışacağıq" - o, deyib.
O bildirib ki, bu proqrama yalnız bir ölkə, Macarıstan qarşı çıxıb.

"Bundan əlavə, İsveç öz daxili prosedur qaydalarına uyğun olaraq Ukrayna ilə bağlı qərarlar üçün milli parlamentinin təsdiqini təmin etməlidir" - Mişel, əlavə edib.
Avropa Komissiyası iyunun 20-də Aİ ölkələrini 2024-2027-ci illər üçün icmanın büdcəsinə əlavə töhfələr verməyə çağırıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31