Məşhur müğənni konsert verərkən səhnədə öldü - VİDEO
15 Dekabr 2023 10:24 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Braziliyada dini tədbirdə səhnədə mahnı oxuyan sənətçi infarktdan dünyasını dəyişib.
Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Braziliyada 30 yaşlı sənətçi Pedro Henrike internetdə yayımlanan dini tədbirdə səhnədə mahnı oxuyarkən ürək tutmasından dünyasını dəyişib.
Henrike mahnı oxuyarkən müvazinətini itirərək kürəyi üstə yıxılıb və tamaşaçılar dərhal kömək üçün səhnəyə qaçıblar.
Henrikenin yerə yıxıldığı anlar kameralara düşüb.
Hər kəs tərəfindən şən və sevilən biri kimi tanınan Henrikenin evli olduğu və 1 aylıq bir qızı olduğu açıqlanıb. (Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31