Bu, Ukraynanın qələbəsidir

Prezident Vladimir Zelenski Avropa Birliyinin (AB) Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarını şərh edib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, Zelenski X şəbəkəsində paylaşımında bunu bütün Avropanın qələbəsi adlandırıb.

"Ukrayna üçün qələbə... Bütün Avropa üçün qələbə... Həvəsləndirən, ruhlandıran və gücləndirən qələbə...", - deyə Zelenski bildirib.

Qeyd edək ki, AB Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31