Ərdoğan və Bayden Qəzzadakı vəziyyəti müzakirə ediblər
14 Dekabr 2023 22:46 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Qəzzadakı mövcud vəziyyət, İsveçin NATO üzvlüyü, F-16 məsələsi və ikitərəfli əlaqələr müzakirə edilib.
Ərdoğan Yaxın Şərqdə baş verən qarşıdurmanın aradan qaldırılması, bununla əlaqədar İsrail-Fələstin cəbhəsində təcili atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, Türkiyə Prezidenti Baydenlə danışığı zamanı bölgədə daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31