Türkiyədə növbəti “Narkogüc” əməliyyatı keçirildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

""Narkogüc-39" kod adı altında ölkənin 49 vilayətində eyni vaxtda keçirilən əməliyyat nəticəsində 3 ton 275 kiloqram narkotik vasitə müsadirə edilib.

Ümumilikdə 651 heyət olmaqla, təhlükəsizlik qüvvələrinin 1422 əməkdaşının iştirak etdiyi əməliyyatın gedişində 378 nəfər şübhəli şəxs saxlanılıb", - deyə nazir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31