Ermənistan Yunanıstanla hərbi-texniki sahədə əməkdaşlıq sazişi imzaladı
14 Dekabr 2023 20:19 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ermənistan Yunanıstanla hərbi-texniki sahədə əməkdaşlıq sazişi imzalayıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşümüz çərçivəsində Yunanıstan hökuməti üçün əsas prioritet olan hərbi-texniki sahədə əməkdaşlıq sazişi imzaladıq", - o yazıb.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstanda səfərdədir. Burada onu yunanıstanlı həmkarı Nikos Dendias qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31