Zelenski Almaniyaya gözlənilməz səfərlə gəlib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyaya gözlənilməz səfər edib.

Olaylar.az xəbər verir ki, bu barədə Frankfurter Rundschau yazır.

Nəşrin məlumatına görə, Ukrayna prezidenti Frankfurt-Maynə uçub. Prezidentin səfəri ilə əlaqədar bütün bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, bir sıra yollar bağlanıb.

Bildirilir ki, Ukraynaya çatdıqdan sonra Ukrayna lideri Visbadenə, Amerikanın Ukraynaya hərbi yardım qərargahına yollanıb.

Dekabrın 13-də Zelenski Norveç Kralı V Harald ilə görüşüb.Prezident Norveçə 2023-cü ilin fevralında Ukraynaya genişmiqyaslı beşillik dəstək proqramına start verdiyinə görə xüsusi minnətdarlığını bildirib.

Dekabrın 10-da Ukrayna prezidenti yeni seçilmiş prezident Xavyer Maylinin andiçmə mərasiminin keçirildiyi Argentinaya səfər edib.

Bundan əvvəl NATO bəyan etmişdi ki, Ukrayna Qərbin diqqət mərkəzində olmaqdan çıxır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31