Finlandiya 2024-cü il yanvarın 14-dək Rusiya ilə sərhəddə iki keçidi açır - ÖZƏL

Finlandiya Rusiya ilə sərhədindəki Vaalimaa və Niirala keçidlərini bir ay müddətinə yenidən açıb.

İki ölkə arasında sərhəddə səkkiz keçid məntəqəsi var və Finlandiya kabineti digər altı keçidin 14 yanvar 2024-cü ilə qədər bağlı qalacağını bildirib.

Finlandiya Sərhəd Mühafizəsindən polkovnik Mikko Lehmus dekabrın 12-də keçirdiyi mətbuat konfransında bildirib ki, Helsinki iki sərhəd keçidini yenidən açmaq qərarına gəlib, çünki onlar sərhədin hər iki tərəfində ailələri olan insanlar, həmçinin diplomatik xidmətlər və yük daşıma əməliyyatları üçün daha faydalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31