Putin Türkiyəyə getməyi planlaşdırır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Rusiya prezidenti bu barədə mətbuat konfransında məlumat verib.

Putin Türkiyəyə səfər etməyi planlaşdırdığını, lakin həmkarı Ərdoğanın qrafiki səbəbindən səfərin baş tutmadığını qeyd edib.

"Prezident Ərdoğanla bu məsələlər üzrə daima təmasdayıq. Bizim mövqelərimiz çox oxşardır. Fikrimcə, görüşə biləcəyik. Həqiqətən, səfər planlaşdırıram", - Rusiya prezidenti deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31