Almaniya Gürcüstana namizəd statusu verilməsini dəstəkləyir

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Almaniya Gürcüstanın Avropa İttifaqına (Aİ) namizəd statusunu dəstəklədiyini bildirib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts Aİ sammiti öncəsi jurnalistlərə deyib.

"Bu prosesdə irəliləyiş əldə etməliyik. Aİ-nin genişlənməyə hazır olduğuna dair qərarı Qərbi Balkan ölkələri Moldova, Ukrayna və Gürcüstanla müzakirə olunur", - o deyib.

Gürcüstanın namizəd statusunun perspektivləri barədə sualı cavablandıran Almaniya kansleri, ölkəsinin Komissiyanın təklifini dəstəklədiyini bildirib.

Qeyd edək ki, Aİ Şurası 14-15 dekabr tarixlərində Aİ-nin tərkibinin genişlənməsini müzakirə etmək məqsədilə görüş keçirir. Görüşdə Gürcüstana Aİ-yə üzvlük üçün namizəd statusunun verilməsi, Ukrayna və Moldovanın üzvlüyü barədə danışıqların başlaması, eləcə də Aİ-nin Qərbi Balkanlar üzrə perspektivləri müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31