Türkiyə parlamentində çıxışı zamanı vəziyyəti pisləşən deputat vəfat etdi
14 Dekabr 2023 15:02 DünyaTürkiyə Böyük Millət Məclisində çıxışı zamanı infarkt keçirərək xəstəxanaya yerləşdirilən Səadət Partiyasının millət vəkili Hasan Bitmez vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Qeyd edək ki, Səadət Partiyasının sədr müavini, millət vəkili Hasan Bitmez dekabrın 12-də Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında çıxış edərkən huşunu itirib. Deputat ilkin müdaxilənin ardından Ankaranın Bilkent Şəhər Xəstəxanasına çatdırılıb. Edilən bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31