Rusiya DİN Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisini axtarışa verib
14 Dekabr 2023 12:56 DünyaRusiya Daxili İşlər Nazirliyi Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenat Kirill Budanovu axtarışa verib.
Olaylar.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Budanova qarşı cinayət məcəlləsinin hansı maddəsi ilə cinayət işi açıldığı qeyd olunmayıb. Rusiya Federasiyası İstintaq Komitəsi Budanovu şifahi surətdə terrorizmdə ittiham edib.
Qeyd edək ki, 21 aprel 2023-cü il tarixində Moskvanın Lefortovo Rayon Məhkəməsi Budanov barəsində qiyabi həbs qərarı verib. Ukraynalı general-leytantın Krım körpüsündə partlayışa görə məsuliyyət daşıdığı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31