İlon Mask universitet açacaq

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Amerikalı iş adamı İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

Olaylar.az bildirir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq.

Təhsil müəssisələri təcrübəli müəllimlərdən ibarət olacaq və ənənəvi kurrikulumlarla, o cümlədən simulyasiyalar, nümunələr, layihə və laboratoriya işləri ilə birləşdiriləcək.

Qeyd edək ki, Ostin şəhərində İlon Maskın "Tesla" şirkətinin baş ofisi yerləşir. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31