Qonşu ölkədə güclü zəlzələ oldu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Rusiyanın Amur vilayətinin Mazanovo rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri rayonun Uqlovoye kəndindən 8 km aralıda qeydə alınıb. Təkanların ocağı 5 km dərinlikdə yerləşib.

Bələdiyyə rəhbərlərinin sözlərinə görə, seysmik hadisə Romnensk və Oktyabr rayonlarında zəif hiss olunub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31