Avropa Parlamenti Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qətnaməni dəstəkləyib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Avropa Parlamenti Avropa İttifaqı Şurasına Gürcüstana namizəd statusu verməyə çağırış edən qətnamənin lehinə səs verib. Bundan əlavə, Avropa Parlamenti Avropa İttifaqı Şurasını Ukrayna, Moldova və Bosniya və Herseqovinanın üzvlük danışıqlarına başlamağa çağırır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Avropa Parlamentinin 468 üzvü qətnamənin lehinə, 99-u əleyhinə, 58-i isə bitərəf qalıb.

Aİ-nin genişlənməsinin kritik əhəmiyyəti ilə bağlı qətnamənin mətnində bunun Aİ üçün güclü geosiyasi alət və sülh və təhlükəsizliyə strateji sərmayə olduğu vurğulanıb.

Avropa Parlamentinin bəyanatına görə, avropalı parlamentarilər Avropa İttifaqı Şurasını dekabrın 14-15-də keçiriləcək iclasda Ukrayna və Moldova Respublikasının üzvlüyünə dair danışıqlara başlamaq barədə qərar qəbul etməyə çağırıblar. Hər hansı islahat addımı atıldığı halda, onlar həmçinin Bosniya və Herseqovina ilə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarına başlamağa və Gürcüstana namizəd statusu verməyə hazır olduqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31