Polşanın yeni Baş naziri xüsusi xidmət orqanlarının rəhbərlərini işdən çıxardı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Polşanın bütün xüsusi xidmət orqanlarının rəhbərləri ölkənin yeni Baş naziri Donald Tuskun qərarı ilə vəzifələrindən azad olunublar.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Polşa Seyminin müvafiq komissiyası Tuskun təklifi ilə bütün kəşfiyyat xidmətlərinin rəhbərlərini vəzifədən azad edib. Milli Məclisin qərarı ilə Daxili Təhlükəsizlik İdarəsinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarənin, Kəşfiyyat İdarəsinin, eləcə də Hərbi Kəşfiyyat və Hərbi Əks-kəşfiyyat Xidmətinin rəhbərləri tutduqları vəzifələrdən gediblər.

Qeyd edək ki, dekabrın 13-də səhər saatlarında Tusk Polşa Prezidenti Anjey Duda tərəfindən and içərək, ölkənin tamhüquqlu yeni Baş naziri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31