Ermənistan generaldan milyonları geri istəyir
13 Dekabr 2023 20:47 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ermənistanın Baş Prokurorluğu müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyandan və ailəsindən təxminən 1 milyard dramın, o cümlədən 10 daşınmaz əmlakın, 10 milyon dram dəyərində bir avtomobilin, 180 milyon dramdan artıq əmanət və istiqrazların, təxminən 90 milyon drama kimi qanunsuz vəsaitlərin geri qaytarılmasını tələb edir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, iş artıq Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinə verilib.
Qeyd olunur ki, general Mirzəbekyan Ermənistan hərbi-sənaye kompleksinin "Krunk" və "X-55" kimi son dərəcə uğursuz layihələrinin "xaç atası"dır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31