Gürcüstana namizəd statusu verilməlidir - Oliver Varhelyi
13 Dekabr 2023 15:13 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Gürcüstan uzun yol qət edib, öz üzərinə düşəni edib, bu səbəbdən ölkəyə namizəd statusu verilməlidir.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Aİ-nin xarici işlər nazirləri Şurasının iclasından sonra deyib.
Onun sözlərinə görə, bu liderlərin qəbul etməli olduğu strateji qərardır.
"Düşünürəm ki, təkliflərimiz çox aydındır. Fikrimizcə, Gürcüstan uzun yol qət edib, öz üzərinə düşəni edib, bu səbəbdən ölkəyə namizəd statusu verilməlidir. Görək, Aİ Şurası bunu təsdiq edəcək", - Aİ komissarı deyib.
Varhelyi Gürcüstan xalqına və hökumətinə bu istiqamətdə fəaliyyəti davam etdirmələrini və bunun müvəffəqiyyətin ən yaxşı yolu olduğunu deyib.
Xatırladaq ki, bir qədər əvvəl Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq üçün bu təşkilatla fəal əlaqə saxladığını bildirib. (Trend)