Türkiyənin Qırğızıstandakı səfirliyinin yaxınlığında avtomobil partlayıb
13 Dekabr 2023 14:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Türkiyənin Bişkekdəki səfirliyinin yaxınlığında minik avtomobili partlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğınsöndürənlər gələnə qədər hadisənin şahidləri maşındakı yanğını söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qırğızıstanın Daxili İşlər Nazirliyi hadiəsinin terror aktı olmadığını və səfirliklə heç bir əlaqəsi olmadığını açıqlayıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31