Belarusda neft emalı zavodunda yanğın - Ölən var
13 Dekabr 2023 13:12 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Belarusda "Mozır" neft emalı zavodunda yanğın olub, nəticədə bir nəfər ölüb.
Olaylar.az xəbər verir ki, bu barədə Belarusun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında baş verən yanğının söndürülməsinə FHN əməkdaşları cəlb olunub.
Yanğının ağır neft qalıqları üçün kombinə olunmuş hidrokrekinq qurğusunda baş verdiyi qeyd edilib. Xilasedicilər yanğını operativ şəkildə söndürməyə nail olublar, müəssisənin daxilindəki texnoloji proses pozulmayıb. Zavodun bütün obyektləri adi rejimdə fəaliyyət göstərir.
Hazırda hadisənin səbəbi və baş verdiyi şərait araşdırılır. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31