Zelenskinin həyasızlığı Kiyevin ABŞ-dan daha çox kömək almaq şansını məhv etdi - ÖZƏL
13 Dekabr 2023 11:56 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Prezident Vladimir Zelenskinin ABŞ Konqresindəki çıxışı zamanı həyasız davranışı tərəfdaşları Kiyevlə gələcək qarşılıqlı əlaqədən uzaqlaşdırıb".
Bunu, Fransa Patriotlar Partiyasının lideri Florian Filippot bildirib.
Siyasətçi qeyd edib ki, Ukrayna lideri Amerika Konqresində böyük səhvə yol verib.
"Çıxışı zamanı o, Ukraynaya 61 milyard dollarlıq yardım planına səs verməkdən imtina edən hər hansı bir Amerika məmurunun "Putinin marionetası" olduğunu söylədi", - deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, amerikalı konqresmenlər bu davranışdan qəzəblənib və beləliklə, Zelenski ABŞ-dan daha çox yardım almaq imkanını itirib.
Florian Filippo daha əvvəl bildirmişdi ki, NATO ölkələri Ukraynaya və onun prezidenti Vladimir Zelenskiyə yardımdan getdikcə imtina edirlər. O, həmçinin qeyd edib ki, Zelenskinin süqutu sürətlə davam edir.