Bayden İsrailə xəbərdarlıq etdi ki, ABŞ-ın cızdığı xətdən kənara çıxmasın- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Yəhudi dövləti Fələstinin radikal HƏMAS hərəkatından tamamilə xilas olana qədər ABŞ İsrailə silah təchizatını  davam etdirəcək. Bu barədə ABŞ prezidenti Co Bayden yəhudilərin Hanukka bayramı münasibətilə Ağ Evdə keçirilən ziyafətdə bildirib. "Onlar HƏMAS-dan xilas olana qədər biz hərbi dəstək verməyə davam edəcəyik, lakin diqqətli və çox diqqətli olmalıyıq" deyə Bayden bildirib. Bununla belə, o xəbərdarlıq edib ki, İsrailin hərbi əməliyyatlarının səciyyəsinə  görə beynəlxalq ictimaiyyətin vəziyyətə münasibəti  dəyişə bilər. "Dünyanın fikri bir anidən  dəyişə bilər. Biz buna yol verə bilmərik". Bayden ABŞ-ın Qəzza zolağına da humanitar yardım göstərməyə davam edəcəyini vurğulayıb. Politoloq Əlimusa İbrahimov "Olaylar"a deyib ki, ABŞ Prezidentinin bu bəyanatını eyni zamanda İsrailə xəbərdarlıq kimi də qiymətləndirmək olar: "Dünya ictimaiyyətinin Yaxın Şərqdə gedən müharibəyə münasibətinin dəyişməsi bilavasitə Amerikanın apardığı siyasətlə bağlıdır. Ağ ev İsrailə dəstəyi dayandırarsa , heç şübhəsiz digər dövlətlər də onun ardınca gedəcək. Buna görə də Bayden İsrail hökumətinə xəbərdarlıq edir ki, ABŞ-ın cızdığı xətdən kənara çıxmasın. Yəni Bayden Amerikanın bu regionda söz sahibi olduğunu bir daha diqqətə çatdırır. Baydenin sona qədər İsrailə silah verəcəyinə gəlincə, vaxtında Ukraynaya  da bu vədlər verilirdi. Təbii ki, Ukrayna İsrail qədər Amerika və onun həmkarları üçün əhəmiyyət kəsb etmir. Amma gələcəkdə hansı "sürprizlərin" mövcud olacağını da demək çətindir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31