Nazarbayev qaçılmaz nüvə fəlakətinə yol verdi - ÖZƏL
12 Dekabr 2023 19:54 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Hazırda dünya nüvə fəlakətinə həmişəkindən daha yaxındır, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev deyib.
Olaylar.az xəbər verir ki, ölkənin keçmiş liderinin sözlərini onun mətbuat xidməti sitat gətirir.
"Biz nüvə fəlakətinə əvvəlkindən daha yaxınıq. Bu cür geriləmə məni xüsusilə narahat edir, çünki ölkəmiz nüvə tərksilahı işinə böyük töhfə verib. Qlobal səviyyədə siyasi iradə olmadan bu sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaq demək olar ki, mümkün deyil", - Nazarbayev Astana Klubunun iclasında bildirib.
Qazaxıstanın keçmiş lideri 2019-cu ildə nüvə təhlükəsizliyi və nüvə silahından azad dünya üçün Qlobal Liderlər Alyansının (GAL) yaradılmasını təklif etdiyini də xatırladıb.
Nazarbayev həmçinin bildirib ki, Qazaxıstan hökumətində bir çox adam onun Qasım-Jomart Tokayevi varisi seçməsinə mənfi reaksiya verib.
Bu keçidin bəzi əleyhdarları özləri də ölkə rəhbəri postunu tutmaq istəyirdilər, respublikanın keçmiş rəhbəri əmindir.
Bundan əvvəl Nazarbayevin Putinə xatirələrinin bir nüsxəsini verdiyi məlum olub.