Finlandiya Rusiya ilə sərhədi açır?
12 Dekabr 2023 16:31 DünyaFinlandiya hökuməti dekabrın 14-də Rusiya ilə sərhəddə üç keçid məntəqəsini açmaq niyyətindədir.
Olaylar.az xəbər verir ki, bu barədə "İlta-Sanomat" qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya ilə sərhəddə üç ən böyük keçid məntəqəsi açılacaq. Qərar cümə axşamı gecəsi qüvvəyə minəcək.
Xatırladaq ki, vəziyyət normallaşacağı təqdirdə Finlandiya Rusiya Federasiyası ilə sərhədi mərhələli şəkildə açacağını bildirib. (news24.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31