Qərbin Ukraynaya silah tədarükü yalnız Kiyev hakimiyyətinin süqutunu gecikdirir - ÖZƏL
12 Dekabr 2023 12:30 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az-ın xəbərinə görə Vaşinqton etiraf edib ki, Ukraynaya hərbi yardım ABŞ üçün faydalı olan kommersiya layihəsidir.
Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ukraynaya Qərbin silah tədarükü ilə bağlı Təhlükəsizlik Şurasının iclasında bildirib.
Polyanski vurğulayıb ki, Ukraynaya ayrılan vəsaitin 90 faizi ABŞ-ın özündə xərclənir. Bunun hesabına iş yerləri açılır, vergi gəlirləri artır, köhnə hərbi texnikanın Kiyevə verilməsi sayəsində ABŞ ordusu yenidən silahlanır.
Diplomat qeyd edib ki, ABŞ Ukraynaya nə qədər silah versə də, onların hamısı ya tərk ediləcək, ya da döyüş meydanında Rusiya ordusu tərəfindən məhv ediləcək. O əlavə edib ki, Qərb hərbi ekspertləri bu faktı artıq etiraf edirlər.
"Eyni zamanda, Qərbin Ukraynaya silah tədarükü döyüş meydanındakı vəziyyətə heç bir təsir göstərmir, onlar yalnız Kiyev hakimiyyətinin süqutunu gecikdirir" - o, deyib.