ABŞ Kiyevə yardımın kommersiya layihəsi olduğunu etiraf etdi - ÖZƏL
12 Dekabr 2023 11:22 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Vaşinqton Ukraynaya hərbi yardımın ABŞ-ın xeyrinə olan kommersiya layihəsi olması ilə bağlı həqiqəti etiraf edib".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
"ABŞ konqresmenlərini Zelenski və onun qruplaşmasına daha çox yardımın ayrılması zərurətinə inandırmaq üçün ABŞ rəsmiləri sonda maskalarını atdılar və demokratiya, azadlıq, insan haqları və s. haqqında bütün mənasız cəfəng ritorikadan imtina etdilər. Ukraynaya hərbi yardımın göstərilməsi ABŞ-ın xeyrinə olan kommersiya layihəsidir", - o, Qərbin Ukraynaya silah tədarükünü müzakirə edən BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.
Polyanskinin sözlərinə görə, Kiyevə yönəldilən vəsaitin 90%-i ABŞ-da iş yerlərinin yaradılmasına, vergi daxilolmalarının artırılmasına və Ukraynada köhnəlmiş hərbi texnikanın təkrar emal edilməsi ilə ABŞ ordusunun və onun müttəfiqlərinin yenidən silahlanmasına töhfə vermək üçün xərclənib.
"Baş verənlər xəbərdarlıq etdiyimiz kimi, başqasının geosiyasi oyununda alver piyadasına çevrilən Ukrayna üçün heç bir fayda və ya müsbət ssenari vermir", - Rusiya nümayəndəsi bildirib.